Livan Hizbullah Hərəkatı yaydığı bəyanatında bildirib:
17 sentyabr 2024-cü il, çərşənbə axşamı günortadan sonra saat 03:30 radələrində Hizbullahın müxtəlif bölmə və qurumlarının bir sıra işçiləri tərəfindən yerləşdirilən "peycer" kimi tanınan bir sıra mesaj qəbul edən qurğular partladılıb. Bu hadisə nəticəsində bir qız və iki qardaş həlak olub, çoxlu sayda insan yaralanıb.
Hazırda Hizbullaha bağlı səlahiyyətli qurumlar bu eyni vaxtda baş verən partlayışların səbəblərini tapmaq üçün geniş təhlükəsizlik və elmi araşdırmalar aparır, tibb və səhiyyə xidmətləri də yaralıları Livanın müxtəlif bölgələrindəki bir sıra xəstəxanalarda müalicə edir.
Beytül-Müqəddəs yolunda saleh şəhidlərimizə Uca Allahdan rəhmət və yaralılara şəfa diləyirik. Dəyərli xalqımızı bəzi partiyaların yaydıqları yalan və çaşdırıcı şayiələrə, xəbərlərə qarşı diqqətli olmağa çağırırıq. Çünki bu kimi şayiələr sionist düşmənin xeyrinə psixoloji müharibəyə xidmət edir. Xüsusilə ona görə ki, bu, sionist düşmənin qorxulu və hədələyici sözləri və onun şimaldakı vəziyyətin dəyişməsi adlandırdığı açıqlamalarla müşayiət olunur.
Biz vurğulayırıq ki, bütün səviyyələrdə müqavimət və onun müxtəlif bölmələri Livanı və onun mətanətli xalqını müdafiə etməyə ən yüksək səviyyədə hazırdır.
Sizin rəyiniz